Telemedia Aktı

Telemedia Aktı [TMG] 5-ci Bölməsinə əsasən məlumat:

[Bu vebsaytın məzmunu üçün cavabdeh qurum:]

“KARE Design” GmbH
Zeppelinstrasse 16
85748 Garching-Hochbrück, Almaniya

Təqdim edən:
Jürgen Reiter, Peter Schönhofen

Əlaqə məlumatları:

Telefon: 0049 (0) 89 / 320 82 1000
Faks: 0049 (0) 89 / 320 82 1880
E-mail: info@kare.de

Qeydiyyat:
Ticari reestrdə qeydiyyat
Qeydiyyat məhkəməsi: Münhen yerli məhkəməsi
Qeydiyyat №-si: HRB 164 249

ƏDV Aktının 27-ci bölməsinə əsasən ƏDV-ID (Umsatzsteuergesetz):
DE 250 622 249

 

Məsuliyyətdən imtina

Məzmuna görə məsuliyyət

TMG 1-ci paraqrafının 7-ci bəndinə əsasən, biz, xidmət təminatçısı olaraq, ümumi qanunlar çərçivəsində bu saytda yer alan məzmun üçün cavabdehlik daşıyırıq. TMG 8-10 bəndlərinə əsasən, xidmət təminatçısı üçüncü şəxslər tərəfindən ötürülən və ya saxlanan hər hansı məlumatı izləmək və ya hər hansı bir qanunsuz fəaliyyətə dəlalət edə biləcək halları araşdırmaq məcburiyyətində deyil. Yuxarıda qeyd olunanlar xidmət təminatçısının ümumi qanunlara əsasən məlumatların istifadəsini ləğv etmək və ya qadağan etmək öhdəliyinə təsir göstərməsə də, xidmət təminatçısı yalnız dəqiq qanun pozuntusu faktı ona məlum olduğu andan etibarən məsuliyyət daşıyır. Biz hər hansı qanun pozuntusundan xəbərdar olduqda dərhal həmin məzmunu çıxaracağıq.

Linklərə görə məsuliyyət

TMG 1-ci paraqrafının 7-ci bəndinə əsasən, “KARE“ xidmət təminatçısı olaraq, ümumi qanunlar çərçivəsində www.kare-design.com saytında istifadə üçün təqdim edilən məzmuna görə cavabdehik daşıyır. Digər təminatçılar tərəfindən təqdim edilən məzmuna dair istinadlar (“linklər”) bizim məzmundan fərqləndirilməlidir. Həmin linklər vasitəsilə “KARE” “üçüncü tərəflərin məzmunlarını” istifadəyə təqdim edir. İlk dəfə link təqdim edilən zaman üçüncü tərəfə aid həmin məzmunun mülki və ya cinayət hüququ çərçivəsində “KARE” şirkətinə qarşı hər hansı məsuliyyət yaradıb-yaratmayacağı yoxlanılır, bununla belə, üçüncü tərəflərə aid bu kimi məzmunların həmin təminatçılar tərəfindən dəyişdirilə biləcəyi istisna olunmur. “KARE” bu saytda istinad edilən məzmunların dəyişdirilib-dəyişdirilmədiyini davamlı olaraq yoxlamır. Əgər siz “KARE” veb- saytında istinad edilən xarici linklərin müvafiq qanunlara və ya onların məzmununa zidd olduğunu, yaxud da başqa bir formada münasib olmadığını düşünürsünüzsə, bizə məlumat verməyinizi xahiş edirik.

Müəllif hüquqları

Bu saytın operatoru tərəfindən yaradılan məzmunlar və materiallar Almaniyanın müəllif hüquqları qanunları ilə tənzimlənir. Bu müəllif hüququ qanunları xaricində həmin materialların və ya məzmunların hər hansı formada çoxaldılması, işlənməsi, yayılması və istənilən formada istifadəsi üçün müəllifin və ya materialı təqdim edənin əvvəlcədən yazılı razılığı olmalıdır. Bu saytın yükləmələri və nüsxələri yalnız şəxsi istifadə üçün nəzərdə tutulur, onların kommersiya məqsədilə istifadəsinə yol verilmir. Əgər saytda yer alan məzmun saytın operatoru tərəfindən yaradılmayıbsa, həmin üçüncü şəxslərin müəllif hüquqları qorunmalıdır. Bura, xüsusən, üçüncü şəxslər tərəfindən yaradılmış məzmun aiddir. Saytımızda müəllif hüquqlarının hər hansı formada pozulması halı aşkar edilərsə, bizə bildirməyinizi xahiş edirik. Hər hansı qanun pozuntusundan xəbərdar olduğumuz halda, dərhal həmin məzmunu saytdan çıxaracağıq.

Məlumatların məxfiliyi

Bu saytın operatoru sizin şəxsi məlumatlarınızın qorunmasına çox ciddi yanaşır. Biz məlumatların məxfiliyi qaydalarına və Məlumatların Məxfilik Bəyannaməsinə uyğun olaraq, sizin şəxsi məlumatlarınızın məxfiliyini qoruyacağıq.

Bir qayda olaraq, bizim veb-saytımızın istifadəsi üçün şəxsi məlumatların açıqlanması məcburi deyil. Şəxsi məlumatlar (məsələn, ad, ünvan və ya elektpon poçt ünvanı) saytımızda toplanılarsa, bu, könüllü olaraq həyata keçiriləcək. Bu məlumatlar sizin dəqiq razılığınız olmadan üçüncü tərəflərə açıqlanmayacaq.

Qeyd etmək istərdik ki, internetdə məlumatların ötürülməsi (məsələn, elektron poçt əlaqəsi ilə) təhlükəsizlik risklərinə məruz qala bilər. Məlumatları üçüncü tərəflərdən tam şəkildə qorumaq mümkün deyil.

Facebook plaginlərinin istifadəsi üçün məlumatların məxfiliyi («like» düyməsi)

Bizim sayt Facebook sosial şəbəkəsinin plaginlərini özündə birləşdirir ki, bunun provayderi aşağıdakı kimidir: Facebook Inc., 1 Hacker Way, Menlo Park, Kaliforniya 94025, ABŞ. Facebook plaginləri sizi Facebook loqotipi və ya bizim saytımızdakı «like düyməsi» ilə tanıyır. Facebook plaginlərinin icmalı bu səhifədə yer alır: http://developers.facebook.com/docs/plugins/.

Saytımıza daxil olan zaman plagin sizin brauzerlə Facebook serveri arasında birbaşa əlaqə yaradır. Bununla da, Facebook sizin IP öz ünvanınızla bizim saytımıza daxil olduğunuza dair məlumat əldə edir. Siz öz Facebook hesabınıza daxil olarkən Facebook “like” düyməsini vurduqda, bizim saytda yer alan məzmuna öz Facebook profilinizdə istinad edə bilərsiniz. Bu, imkan verir ki, Facebook bizim sayta daxil olduğunuzu sizin istifadəçi hesabınızda təyin etsin. Bu saytın provayderi olaraq qeyd etmək istəyirik ki, nə ötürülən məlumatların məzmunundan, nə də onların Facebook tərəfindən istifadəsindən xəbərdar deyilik. Facebook şəbəkəsinin məlumatların məxfiliyi bəyanatında bu məsələyə dair əlavə məlumatla tanış ola bilərsiniz: http://de-de.facebook.com/policy.php.

Əgər siz bizim sayta daxil olduğunuzun Facebook istifadəçi hesabınızda müəyyən edilməsini istəmirsinizsə, Facebook istifadəçi hesabınızdan çıxın.

Google Analytics istifadəsi üçün məlumatların məxfiliyi

Bu veb-saytda Google Inc. (“Google”) tərəfindən təklif olunan Google Analytics – veb analiz xidmətindən istifadə edilir. Xidmətin təminatçısı aşağıdakı kimidir: Google Inc. 1600 Amphitheatre Parkway Mountain View, CA 94043, ABŞ. Google Analytics «kukilərdən» istifadə edir ki, bunlar da sizin kompüterinizdə saxlanılan və veb saytınızın analiz edilməsinə imkan verən mətn məlumatlarıdır. Veb saytın istifadəsinə dair kukilər tərəfindən yaradılan informasiya bir qayda olaraq ABŞ-da yerləşən Google serverə ötürülür və orada saxlanılır.

Bununla belə, bu veb-saytda IP anonimləşdirmə funksiyası aktiv olarsa, sizin IP ünvanınız Google tərəfindən Avropa Birliyinin və Avropa İqtisadi Zonasının üzv dövlətlərində qısaldılacaq. Yalnız müstəsna hallarda tam IP ünvanı ABŞ-da yerləşən Google serverinə ötürülür və orada qısaldılır. Google sizin veb-saytınızın istifadəsini qiymətləndirmək, veb-saytda aparılan fəaliyyətlərə dair hesabatlar tərtib etmək və veb-saytın və internetin istifadəsi ilə əlaqədar əlavə xidmətlər təqdim etmək üçün veb-sayt operatorunun adından bu məlumatdan istifadə edəcək. Sizin brauzeriniz tərəfindən Google Analytics çərçivəsində ötürülən IP ünvanı digər Google məlumatları ilə birləşdirilməyəcək.

Siz brauzerinizdəki müvafiq parametrlərdən istifadə edərək kukilərin saxlanılmasının qarşısını ala bilərsiniz; bununla belə, qeyd etmək istərdik ki, ola bilər ki, daha sonra bu veb-saytda təklif edilən bütün funksiyalardan tam istifadə edə bilməyəsiniz. Həmçinin, veb-saytın sizin tərəfinizdən istifadəsinə dair kukidə yaradılan məlumatların (IP ünvanınız da daxil olmaqla) aşağıdakı linkdə mövcud olan brauzer plaginini yükləyərək və quraşdıraraq Google tərəfindən ötürülməsinin və ya işlənməsinin qarşısını almaq mümkündür: http://tools.google.com/dlpage/gaoptout?hl=de

Google +1 istifadəsi üçün məlumatların məxfiliyi

Bizim saytda Google +1 funksiyalarından istifadə olunur. Provayder aşağıdakı kimidir: Google Inc. 1600 Amphitheatre Parkway Mountain View, CA 94043, ABŞ.

Məlumatların toplanılması və yayılması: Google +1 düyməsi məlumatların bütün dünyada yayılmasına imkan verir. Siz və digər istifadəçilər Google-dan və tərəfdaşlarımızdan fərdi kontentləri əldə etmək üçün Google +1 düyməsindən istifadə edə bilərsiniz. Google + 1 kontentini yaratmaq üçün sizin təqdim etdiyiniz məlumatları və +1 düyməsinə vuraraq, daxil olduğunuz sayta dair məlumatları saxlayır. Sizin +1 fəaliyyətiniz, profil adlarınız və şəkliniz Google xidmətlərində bildiriş kimi, məsələn, axtarış nəticələri və Google profiliniz olaraq, yaxud da veb-saytlarda və internetdə reklam kimi göstərilə bilər. Google sizin üçün və eləcə də, digərləri üçün Google xidmətlərini təkmilləşdirmək məqsədilə +1 fəaliyyətləriniz barədə məlumatları qeydə alır. Google +1 düyməsindən istifadə etmək üçün, ən azı profil üçün seçilmiş ad da daxil olmaqla, görünən, açıq Google profilinə sahib olmaq lazımdır. Bu ad bütün Google xidmətləri üçün istifadə edilməlidir. Müəyyən hallarda, bu ad Google hesabınızda kontentləri paylaşmaq üçün istifadə etdiyiniz başqa bir adla əvəzlənə bilər. Google profiliniz sizin e-poçt ünvanınızı bilən və ya sizə aid digər şəxsi məlumatlara çıxışı olan istifadəçilərə görünə bilər.

Toplanılan məlumatların istifadəsi: təqdim etdiyiniz məlumatlar yuxarıda sadalanan məqsədlər üçün və Google sisteminin mövcud məxfilik şərtlərinə uyğun şəkildə istifadə ediləcək. Google istifadəçilərin +1 fəaliyyətlərinə aid ümumiləşdirilmiş statistikanı yayımlaya, yaxud da bu statistikanı istifadəçilərə və tərəfdaşlara, məsələn, naşirlərə, reklamçılara və ya əlaqədar veb-saytlara ötürə bilər.

Twitter şəbəkəsinin istifadəsi üçün məlumatların məxfiliyi

Twitter xidmətinin funksiyaları bizim veb saytımıza inteqrasiya olunmuşdur. Bu funksiyalar Twitter Inc. tərəfindən təklif olunur: Twitter, Inc. 1355 Market St, Suite 900, San Fransisko, CA 94103, ABŞ. Siz Twitter və “retweet” funksiyasından istifadə etdikdə daxil olduğunuz veb-saytlar Twitter hesabınızla əlaqələndirilir və digər istifadəçilərə açıqlanır. Bununla da, məlumatlar Twitter-ə ötürülür. Nəzərə alın ki, veb-sayt təminatçısı olaraq, biz ötürülən məlumatların məzmununa və ya onların Twitter-də istifadəsinə dair heç bir məlumat əldə etmirik. Əlavə məlumatla Twitter şəbəkəsinin məlumatların məxfiliyi bəyannaməsində tanış olmaq olar: http://twitter.com/privacy.

Siz Twitter-də http://twitter.com/account/settings bölməsinin hesab parametrləri hissəsində məlumatların məxfiliyi parametrlərini dəyişə bilərsiniz.

Pinterest proqramının istifadəsi üçün məlumatların məxfiliyi

Bizim saytımızda Pinterest Inc, 635 High Street, Palo Alto, CA, 94301, ABŞ (“Pinterest”) tərəfindən idarə olunan Pinterest sosial şəbəkəsinin sosial plaginlərindən istifadə edilir. Belə bir plaginin olduğu sayta müraciət etdikdə, sizin brauzeriniz Pinterest serverləri ilə birbaşa əlaqə qurur. Plagin daha sonra protokol məlumatlarını ABŞ-da yerdəşən Pinterest serverinə ötürür. Bu protokol məlumatlarında sizin IP ünvanınız, Pinterest funksiyalarını özündə birləşdirən və sizin daxil olduğunuz veb-saytların ünvanları, brauzerin növü və parametrləri, sorğunun tarixi və vaxtı, Pinterest-dən istifadə rejimi, həmçinin kukilər yer ala bilər.

Pinterest proqramının məqsədi, əhatəsi və məlumatların bu proqram tərəfindən daha sonra işlənməsi və istifadəsi, eləcə də, məxfiliyinizin qorunması üçün hüquqlarınız və imkanlarınız ilə əlaqədar ətraflı məlumat almaq üçün Pinterest proqramında məlumatların məxfiliyi bölməsinə nəzər salın: https://about.pinterest.com/de/privacy-policy

Tumblr proqramının istifadəsi üçün məlumatların məxfiliyi

Bizim veb-saytımızda Tumblr xidməti düyməsindən istifadə olunur. Provayder: Tumblr, Inc., 35 East 21st St, 10th Floor, Nyu York, NY 10010, ABŞ. Bu düymələr Tumblr proqramında məqalə və ya sayt paylaşmaq, yaxud da Tumblr proqramında provayderi izləmək imkanı verir. Tumblr düyməsi vasitəsilə veb-saytlarımızdan birinə müraciət etdikdə Tumblr serverləri ilə birbaşa əlaqə qurulacaq. Biz Tumblr plagini vasitəsilə toplanılan və ötürülən məlumatların miqyasına təsir göstərmirik. Mövcud vəziyyətə uyğun olaraq, istifadəçinin IP ünvanı və müvafiq veb-saytın URL-i ötürüləcək.

Bununla əlaqədar ətraflı məlumat almaq üçün Tumblr proqramında məlumatların məxfiliyi bölməsinə nəzər salın: http://www.tumblr.com/policy/de/privacy.

İnformasiya, məlumatların silinməsi və blok olunması

Siz bizim tərəfimizdən qeydə alınan şəxsi məlumatlarınızla, o cümlədən bu məlumatların mənşəyi, onların resipientləri, emal olunma məqsədi ilə tanış ola, habelə bu məlumatları istənilən vaxt pulsuz olaraq düzəliş edə, qadağan və ya silə bilərsiniz. Şəxsi məlumatlarınızla bağlı hər hansı sualınız olarsa, burada verilmiş əlaqə məlumatları ilə istənilən vaxt bizimlə əlaqə saxlaya bilərsiniz.

Kukilər (Cookie)

Bizim veb-saytımızda qismən kukilərdən istifadə olunur. Kukilər heç bir şəkildə kompüterinizə zərər vermir və onlarda heç bir virus olmur. Kukilər bizim təklifimizi istifadəçi üçün daha da asanlaşdırmaq, daha effektiv və daha etibarlı etmək məqsədi daşıyır. Kukilər sizin kompüterində brauzeriniz vasitəsilə saxlanan kiçik mətn sənədləridir.

Veb-saytımızda istifadə olunan kukilərin əksəriyyəti “seans kukiləridir”. Siz saytdan çıxana qədər bunlar avtomatik olaraq silinəcək. Digər kukilər sizin sistemdən silinməyincə, bizim terminalda saxlanacaq. Bu kukilər siz növbəti dəfə daxil olduqda sizin brauzerinizi tanımağa imkan verir.

Kukilər yaddaşda saxlanılan zaman sizə məlumat verilməsi, yaxud da xüsusi hallarda kukilərə icazə verilməsi və ya ümumiyyətlə onların xaric edilməsi, eləcə də, brauzer bağlanan zaman avtomatik silinmənin aktiv olunması üçün brauzerinizi tənzimləyə bilərsiniz. Kukilər deaktiv olunan zaman bu veb saytın çalışması məhdudlaşdırıla bilər.

Server-jurnal faylları

Bu saytın provayderi məlumatları avtomatik olaraq toplayır və brauzeriniz tərəfindən provayderə ötürülən server-jurnal fayllarında saxlayır. Bu məlumatlara aşağıdakılar daxildir:

  • Brauzerin növü/ brauzerin versiyası
  • İstifadə olunan əməliyyat sistemi
  • İstinad edilən URL
  • Çıxış olan kompüterin host adı (IP ünvan)
  • Server sorğusunun vaxtı

Bu məlumatlar xüsusi bir şəxslə əlaqəli ola bilməz. Bu məlumatların digər məlumat mənbələri ilə birləşməsi həyata keçirilmir. Qanun pozuntusu ehtimalı varsa, biz bu məlumatları sonradan yoxlamaq hüququna malik olacağıq.

Əlaqə forması

Əgər əlaqə forması vasitəsilə bizə sorğu göndərsəniz, sizin məlumatlarınız, həmçinin bildirilən əlaqə məlumatları sorğularınızın və mümkün suallarınızın işlənməsi üçün saxlanılacaq. Bu məlumatlar və göstəricilər sizin icazəniz olmadan ötürülməyəcək.

Reklam xarakterli elektron məktubların göndərilməməsi

Biz bununla, dərc etdiyimiz əlaqə məlumatlarımızın reklam xarakterli məktubların göndərilməsi məqsədilə istifadəsini xüsusən qadağan edirik. Bu saytın operatorları və sahibləri arzu olunmayan reklam məktublarının (məsələn, spam mesajların) göndərilməsi zamanı qanuni tədbir görmək hüququna malikdirlər.

İnformasiya bülletenləri

Əgər siz bizim veb-saytımızda təklif olunan informasiya bülletenini əldə etmək istəyirsinizsə, aktiv e-poçt ünvanınızı və əlavə məlumat təqdim etməli olacaqsınız. Bu zaman biz sizin təqdim etdiyiniz e-poçt ünvanının sahibi olduğunuzu və bülleteni əldə etmək istəyinizi yoxlaya biləcəyik. Başqa heç bir məlumat və ya göstərici toplanılmır. Bu məlumatlar yalnız tələb olunan informasiyanın təqdim edilməsi üçün istifadə ediləcək və üçüncü tərəflərə ötürülməyəcək.

Siz məlumatlarınızın və e-poçt ünvanınızın saxlanılmasına, həmçinin bülletenin çatdırılmasına dair razılığınızı istənilən vaxt ləğv edə bilərsiniz. Bunun üçün bülletenin daxilindəki “abunəni ləğv etmək” linkinə vurmaq lazımdır.

 

Konsepsiya, texniki realizasiya texniki servis

Rocket Consult GmbH & Freshlime

 

The KARE brand symbolizes furnishing ideas which are unique, non-conformist and authentic. Ever since 1981 the company has been surprising its fans worldwide with an incomparable and inexhaustible variety of new furniture, lighting and furnishing accessories, all expressing an intense passion for design.